İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb

İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində azı 65 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib: “İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində 16-sı yeniyetmə və 5-i qadın olmaqla 65 nəfər həlak olub, 365 nəfər isə xəsarət alıb”.