İsrailin XİN rəhbəri koronavirusa yoluxub

İsrailin xarici işlər naziri Yair Lapid koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu haqda nazir öz rəsmi “Twitter” səhifəsində bildirib.

Bununla belə, nazir özünü normal hiss etdiyini qeyd edib.

“Koronavirus testim müsbət çıxıb. Peyvənd olunduğumdan özümü əla hiss edirəm”, – deyə Lapid qeyd edib.


O, vətəndaşlara koronavirusa qarşı peyvən olunmağı və tibbi maska istifadə etməyi məsləhət görüb.

“Birlikdə biz bu problemin öhdəsindən gələcəyik”, – Yair Lapid yazıb.