İsrailin qaz yatağına zərbə endirildi

İsrailin qaz yatağına zərbə endirildi

“İraq İslam Müqaviməti”nə aid silahlı birləşmələr Aralıq dənizində İsrailin Livanla dəniz sərhədi yaxınlığında yerləşən “Leviafan” qaz yatağına hücum təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

“İraqdakı İslam Müqavimətinin mücahidləri pilotsuz təyyarələrin köməyi ilə Leviafan qaz platformasına hücum ediblər”, – deyə məlumatda bildirilir.

Bildirilib ki, hücum İsrailin Fələstin mülki əhalisinə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib.

Teqlər: