İsrailin İranın nüvə obyektlərinə hücum planı üzə çıxdı

İsrailin İranın nüvə obyektlərinə hücum planı üzə çıxdı

Təxminən iki ay əvvəl İsrail İranın nüvə obyektlərinə hücum üçün simulyasiya təlimi keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Veynet” saytı Pentaqonun sızdırılan gizli sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərdə İsrail Hərbi Hava Qüvvələrinin təlimi, MKİ-nin İsrailin İrana hücumunu qiymətləndirməsi və İran-İsrail arasındakı gərginlikdən bəhs olunur.

“Tamamilə məxfi” kimi təsnif edilən bu sənədlərin birində İsrailin fevralın 20-də İranın nüvə obyektlərinə hücum üçün simulyasiya təlimi keçirdiyi bildirilib.

Teqlər: