İsrailin İrana hücumu: Təbrizdə obyektlər vuruldu

İsrailin İrana hücumu: Təbrizdə obyektlər vuruldu

Xəbər verildiyi kimi, İsrail Hərbi Hava Qüvvələri F-35 təyyarələrindən istifadə edərək, İran, Suriya və İraq ərazisinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, İran mediası hücumun İordaniya hava məkanından istifadə edilərək həyata keçirildiyini iddia edib.

Məlumatlarda İranın mərkəzi bölgələrində, o cümlədən İsfahan və Təbrizdə güclü partlayış səsləri eşidildiyi bildirilib.

Partlayışların dəqiq yeri və başqa təfərrüatlar barədə açıqlama verilməyib.

CNN-in məlumatına görə, İranın heç bir nüvə obyektinə zərbə endirilməyib.

Teqlər: