İsrailin hücumları dayandırılana qədər… – Hizbullah

İsrailin hücumları dayandırılana qədər… – Hizbullah

Hizbullah Qəzza zolağına hücum dayandırılana qədər Livanın cənubundan İsrailə qarşı silahlı müqaviməti dayandırmayacaq.

AzerTimes xəbər verir ki, bunu Hizbullah təmsilçisi Nabil Kauk deyib.

“ABŞ və Qərbin dəstəklədiyi İsrail bizi hər gün təhdid edir və tələblər irəli sürür. Lakin Hizbullah heç nəyi dəyişmək niyyətində deyil və müqavimət qüvvələri Livan ərazisindən əməliyyatlarını davam etdirəcək. PUA və raketlərin istifadəsi İsraili hərbi əməliyyatları dayandırmağa məcbur etməyin yeganə yolu olaraq qalır”, – o bildirib.

Teqlər: