İsrailin Dubayda baş konsulluğu açılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İsrailin baş konsulluğu açılıb.

AzerTimes-ın məlumatına görə, diplomatik missiyanın açılışı İsrailin xarici işlər naziri Yair Lapidin səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, nazir ötən gün paytaxt Əbu-Dabidə İsrail səfirliyinin açılışında da iştirak etmişdi.

Bu, israilli xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olub.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşması barədə sənədlər imzalamışdı. Bunadək Təl-Əvivin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə münasibətləri mövcud idi.