İsrailin Aşkelon şəhər meriyasında Milli Məclisin deputatları ilə görüş keçirilib (FOTO)

Fevralın 22-də İsrailin Aşkelon şəhər meriyasında Milli Məclisin
deputatları Sevil Mikayılova və Anatoliy Rafailovla görüş
keçirilib.

Trend-in
məlumatına görə, görüş zamanı İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının (Azİz) Aşkelon şöbəsinin sədri İlya Moskoviç
şöbənin işi və gələcək planlar haqqında danışıb.

Görüşdə, həmçinin Aşkelon meri Tomer Qlam və onun müavini Sofa
Beylina iştirak edib.

Tərəflər turizm və mədəniyyət, tələbə mübadiləsi kimi sahələrdə
əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra Azərbaycandan gəlmiş, Aşkelon və ətraf şəhərlərdə
yaşayan şəxslərlə görüş baş tutub.

Qeyd edək ki, Milli Məclisin deputatları Sevil Mikayılova və
Anatoliy Rafailov Azİz tərəfindən təşkil olunmuş və Xocalı
faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək
üçün İsrailə səfər ediblər.

Teqlər: