İsrailə qarşı çağırış etdi, mundialdan məhrum oldular

İsrailə qarşı çağırış etdi, mundialdan məhrum oldular

FİFA gənclər arasında 2023-cü il dünya çempionatına ev sahibliyi hüququnu İndoneziyadan alıb.

AzerTimes xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bali adasının qubernatoru Vayan Kosterin İsrail yığmasını mundiala buraxmamaqla bağlı çağırışı səbəbindən püşkatma ləğv edilib və ev sahibliyi hüququ İndoneziyadan alınıb.

Qeyd edək ki, dünya çempionatı mayın 20-dən iyunun 11-dək təşkil olunmalıdır.

Teqlər: