İsrailə qadağa ilə bağlı Ərdoğandan yeni açıqlama

İsrailə qadağa ilə bağlı Ərdoğandan yeni açıqlama

Türkiyə Qəzzaya göndərdiyi 50 minə tona yaxın humanitar yardımla dünyada ilk yerdədir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə görüşündə deyib.

“İsraili atəşkəsə və icazə verilən humanitar yardımların miqdarını artırmağa məcbur etmək məqsədilə ticari yöndə bəzi qərarlar verdik. İlkin mərhələdə, 54 növ məhsula qadağa tətbiq etdik. Dünəndən etibarən bütün məhsulların idxal və ixrac prosesini dayandırdıq. Biz regionda heç bir ölkəyə düşmən münasibət bəsləmirik. Sadəcə bu coğrafiyada münaqişə, qan və gözyaşı görmək istəmirik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin israillə idxal-ixrac əməliyyatını dayandırması ilə bağlı Ərdoğan bundan öncə də açıqlama vermişdi.

Teqlər: