İsraildən Türkiyəyə: Yardıma hazırıq!

İsraildən Türkiyəyə: Yardıma hazırıq!

İsrail hökuməti Türkiyədə kömür mədənində baş vermiş qəza ilə bağlı yardıma hazır olduğunu bəyan edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş naziri Yair Lapid Tvitter hesabında yazıb.

“İsrail Bartın vilayətində baş verən dəhşətli faciədən sonra Türkiyənin yanındadır. Mən Mövlud Çavuşoğluna həlak olanlarla bağlı başsağlığımızı çatdırdım, yaralananlara şəfa dilədim”, – Lapid bildirib.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 41 nəfər dünyasını dəyişib.

Teqlər: