İsraildən sonra ABŞ da F-35-lərin uçuşunu dayandırdı

İsraildən sonra ABŞ da F-35-lərin uçuşunu dayandırdı

ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyarələrindəki yaranan problemə görə uçuşlarının dayandırıldığını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, fövqəladə vəziyyətlərdə katapult sisteminin istənilən kimi işləmədiyi üzə çıxıb. Bu vəziyyətdən sonra ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələri təyyarələrin uçuşunu təxirə salıb.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri təyyarənin katapult sistemində problem olması ilə bağlı F-35 təyyarələrinin uçuşlarını müvəqqəti olaraq dayandırmışdı.

Teqlər: