İsraildən intiqamımızı belə alacağıq – Hizbullah

İsraildən intiqamımızı belə alacağıq – Hizbullah

Livanda dinc sakinləri öldürən İsraildən intiqamımızı hərbi hədəfləri vurmaqla deyil, qanla alacağıq.

AzerTimes xəbər verir ki, bu barədə Hizbullah lideri Həsən Nəsrullah deyib.

O, İsrailin Nebatiye şəhəri və Savana bölgəsinə hücumları nəticəsində bir neçə livanlının ölməsini qətliam adlandırıb və bildirib ki, qarşı tərəf məqsədli şəkildə mülki insanları hədəf seçir.

Nəsrullah əlavə edib ki, Hizbullahın Qəzza ilə həmrəyliyinin qarşısını almaq üçün İsrail davamlı bu kimi təzyiqlər göstərir.

Teqlər: