İsraildə yaşı 50-dən yuxarı şəxslər üçüncü doza ilə peyvəndlənəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

İsraildə yaşı 50-dən yuxarı şəxslər koronavirusa qarşı vaksinin üçüncü dozası ilə peyvəndlənəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

İsrail bu yaş qrupundan olan şəxslərin üçüncü dəfə peyvəndlənəcəyi ilk ölkə olacaq.


Bundan başqa, tibb işçiləri və xroniki xəstəlikləri olanlar, eləcə də məhbuslar təkrar vaksinasiyadan keçə biləcək.