İsraildə “omikron” ştammına yoluxanların sayı min nəfəri keçib

İsraildə son sutka ərzində koronavirusun yeni “omikron” ştammına 591 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusun sözügedən ştammına yoluxma hallarının sayı 1 118-ə çatıb.

Bildirilir ki, yoluxma qeydə alınan 1 118 nəfərdən 723-ü müxtəlif ölkələrdən İsrailə qayıdan vatəndaşlardır.

Qeyd edilir ki, ümumilkdə ötən gün ölkədə koronavirusa 1 775 yoluxma halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 1 363 577, koronavirusdan ölənlərin sayı isə 8 241 nəfər təşkil edir.