İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 11 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 839 319 nəfərə, ölənlərin sayı isə 6 402 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 832 406 nəfəri sağalıb, aktiv xəstələrin sayı 511 nəfərə düşüb.