Braziliyada ötən sutka koronavirusdan 860 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 35 819 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 083 258 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 860 nəfər ölüb, ölənlərin ümumi sayı 449 068 nəfər təşkil edir.