İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 594 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 899 920 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 6 nəfər ölüb və ölənlərin ümumi sayı 6 541 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 863 268 nəfəri sağalıb, aktiv xəstələrin sayı 30 111 nəfərə qədər azalıb.