İsraildə koronavirusa yoluxanların sayı 850 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 914 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 850 104 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 1 nəfər ölüb və ölənlərin ümumi sayı 6 444 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 837 692 nəfəri sağalıb, aktiv xəstələrin sayı 5 968 nəfərə qədər artıb.