İsraildə ötən sutka koronavirusa daha 4 178 yoluxma halı qeydə
alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə
Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 4 000 602
nəfərə çatıb.
Bildirilib ki, son sutka koronavirusdan 17, pandemiyanın
əvvəlindən isə 10 584 nəfər vəfat edib.
Qeyd edilib ki, aktiv xəstələrin sayı 41 034 nəfər təşkil edir,
onlardan 256 nəfərinin vəziyyəti ağırdır.