İsraildə koronavirusa daha 7 951 yoluxma qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 951 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 659 356 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 581 982 nəfəri sağalıb, 4 886 nəfəri isə vəfat edib.