İsraildə koronavirusa daha 3 610 yoluxma qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 610 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 688 934 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 617 819 nəfəri sağalıb, 5 097 nəfəri isə vəfat edib.