İsraildə koronavirusa daha 3 013 yoluxma qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 013 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 721 759 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 655 463 nəfəri sağalıb, 5 340 nəfəri isə vəfat edib.