İsraildə iranlıları dəstəkləyən yeni kampaniya başlayır

İsraildə iranlıları dəstəkləyən yeni kampaniya başlayır

İsrailin önəmli təşkilat və tanınmış şəxsləri bir neçə gündən sonra #IsraelisLoveIranians (İsraillilər iranlıları sevir) həştəqli sosial media kampaniyasına start verir.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post”a hərəkatın təsisçisi Emili Şredyer açıqlama verib.

O bildirib ki, kampaniya İran xalqını ölkənin molla rejiminə qarşı azadlıq mübarizəsində dəstəkləmək niyyəti ilə başladılır:

“İranlılar bizim düşmənimiz deyil, hər yerdə zorakılıq və terror yayan hökumətlərinə qarşı apardıqları mübarizədə onlar bizim müttəfiqimizdirlər. Biz israillilər olaraq qürurla İran xalqının yanındayıq”, – o bildirib.

Teqlər: