İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 30 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 839 030 nəfərə, ölənlərin sayı isə 6 379 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 831 826 nəfəri sağalıb, aktiv xəstələrin sayı 825 nəfərə düşüb.