İsraildə aktiv koronavirus xəstələrinin sayı 44 minə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 585 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 287 977 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 17 nəfər ölüb və ölənlərin ümumi sayı 7 778 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 235 809 nəfəri sağalıb, aktiv xəstələrin sayı 44 390 nəfərə qədər azalıb.