İsraildə aktiv koronavirus xəstələrinin sayı 10 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 150 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 857 977 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb və ölənlərin ümumi sayı 6 457 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 841 354 nəfəri sağalıb, aktiv xəstələrin sayı 10 166 nəfərə qədər artıb.