İsraildə ABŞ-ın “Pfizer” şirkətinin istehsal olan dərmanın üçüncü dozası ilə 60 yaşdan yuxarı insanları koronavirusa qarşı peyvənd etmək üçün milli kampaniyaya start götürülüb.
AzerTimes-ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Naftali Bennet elan edib.
Baş nazir qeyd edib ki, İsrailin prezidenti İtsxak Qersoq sabah bu kampaniya çərçivəsində birinci peyvəndə olunacaq:
“İsrail Səhiyyə Nazirliyinin ekspert komissiyası 60 yaşdan yuxarı İsrail vətəndaşları üçün koronavirusa qarşı peyvəndinin üçüncü dozasının vurulması tövsiyəsini rəsmən təsdiqlədi. Üçüncü dozaya ilə vaksinasiya kampaniyasına başlayırıq”.