İsrailda qapalı yerlərdə maska taxmaq tələbi aradan qaldırılıb

İsraildə son iki ildə qüvvədə olan qapalı yerlərdə maska taxmaq
tələbi ləğv edilib.

Trend xəbər
verir ki, bu barədə yerli The Times of Israel nəşri məlumat
yayıb.

Daha əvvəl ölkənin Baş naziri Naftali Bennett və Səhiyyə Naziri
Nitzan Horowitz, koronavirusa yoluxma hallarının azalmasına
əsaslanaraq, qapalı yerlərdə maska taxmaq tələbinin ləğv ediləcəyi
ilə bağlı razılığa gəlmişdirlər.

Qərar mayın 1-dən qüvvəyə minməli idi.

Bununla belə, Baş Nazirin Ofisi açıqlamasında xəstəxanalar,
yüksək risk səviyyəli yaşayış obyektləri və hava səyahətləri zamanı
istisna olmaqla maska taxma tələbi aradan qaldırılıb.

Qeyd edək ki, qapalı yerlərdə maska taxmaq tələbi İsraildə
2020-ci ilin aprel ayından qüvvədə idi. Ötən ilin iyun ayında qısa
müddət tələb ləğv edilsə də, kəskin artan yoluxmalar səbəbindən bu
qayda yenidən tətbiq edilmişdir.