İsrail xarici turist qruplarının girişinə yenidən icazə verdi

İsrail xarici turist qruplarının ölkəyə yenidən daxil olmasına icazə verib.

AzerTimes-ın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Turizm nazirliyindən bildirib.

Qeyd edilir ki, qərar yalnız COVİV-19 virusu yayılmasında yüksək riskli olmayan ölkələrdən gələn turist qruplarına aiddir.


Xatırladaq ki, İsrail ötən ilin fevral ayının sonlarından turist qruplarının ölkəyə girişini dayandırmış, 2021-ci ilin may ayının sonunda isə girməsinə icazə vermişdir. Lakin ölkədə koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən bu icazə avqustun ortalarında məhdudlaşdırılmışdır.

Teqlər: