İsrail və Yunanıstan birgə təlim keçirdi

İsrail və Yunanıstan birgə təlim keçirdi

İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri İsrail hava məkanında birgə təlimlər keçirib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü yazılı açıqlama yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri yunan tərəfdaşı ilə İsrail səmasında müxtəlif ssenarilərlə, o cümlədən qabaqcıl hava döyüşləri ilə məşğul olmaq və Yunanıstan döyüş təyyarələrinin havadan-havaya yanacaq doldurmasını həyata keçirmək üzrə təlimlər keçirib.

Təlimin iki ölkənin Hərbi Hava Qüvvələri arasında təcrübə mübadiləsi üçün zəmin və fürsət yaratdığı bildirilib.

Teqlər: