İsrailin Baş naziri Yair Lapid və Misir Prezidenti Əbdülfəttah Sisi arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər ABŞ Prezidenti Co Baydenin bölgəyə gözlənilən səfərini, Fələstin məsələsini və əmin-amanlığa ehtiyacı, eləcə də ərzaq təhlükəsizliyi üçün Ukrayna böhranının fəsadlarını aradan qaldırmağın mümkün yollarını müzakirə edib.
Liderlər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər və iki ölkə arasında sülh sazişinin əhəmiyyətini vurğulayıblar. İsrail və Misir liderləri iqtisadi sahədə də daxil olmaqla, əlaqələrin gələcək inkişafına sadiq olduqlarını ifadə ediblər.