İsrail texnologiyaları Azərbaycanda kənd təsərrüfatı sektorunun
inkişafına kömək edəcək.
Trend-in
məlumatına görə, bunu İsrailin Kənd Təsərrüfatı və Kənd
Rayonlarının İnkişafı Nazirliyində baş direktorun müavini İrena
Ettinger-Vaynşteyn Azərbaycan-İsrail biznes forumunda deyib.
Onun sözlərinə görə, İsrail və Azərbaycan kənd təsərrüfatı
sektorunda uğurlu tərəfdaş ola bilərlər.
“İsrail texnologiyaları, bacarıqları və təcrübəsi Azərbaycanda
kənd təsərrüfatı inkişafı prosesində faydalı ola bilər”, – deyə o
bildirib.
İrena Ettinger əlavə edib ki, İsrail kənd təsərrüfatı nazirinin
dünənki görüşlərinin nəticəsində bu sektorda əlaqələrin inkişafı
üçün işçi qruplar yaradılıb.
(Tərcümə: Orxan Nəbiyev)