İsrail səfirindən iranlı idmançı ilə bağlı maraqlı paylaşım

İsrail səfirindən iranlı idmançı ilə bağlı maraqlı paylaşım

İsrailin Azərbaycandakı səfiri Corc Dik hazırda cüdo üzrə Azərbaycan millisinin heyətində çıxış edən iranlı idmançı Səid Mollai ilə bağlı öz Tvitter səhifəsində paylaşım edib.

AzerTimes xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində Səid Mollai israilli idmançı ilə görüşüb.

“Səid Mollai iranlı dünya çempionudur. Hökuməti ona israillilərlə yarışmağa icazə vermədiyi üçün ölkəsindən qaçmaq məcburiyyətində qalıb.Bu gün o, Azərbaycanı təmsil edərkən, israilli cüdoçu Saqi Muki ilə qarşılaşıb və görüşün sonunda bizim idmançımızla qucaqlaşıb.Kim uddu? Azadlıq”, – İsrailin Azərbaycandakı səfiri yzıb.

Qeyd edək ki, yaşlı Səid Mollai 2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün İran Cüdo Federasiyası və İran Olimpiya Komitəsi tərəfindən təzyiqlə üzləşib. Bunun nəticəsində cüdoçu yarışlarda İranın bayrağı altında çıxış etməkdən imtina edib.

Teqlər: