İsrail səfiri “Təbriz…” kampaniyasına başladı – Video

İsrail səfiri “Təbriz…” kampaniyasına başladı – Video

İsrailin Azərbaycandakı səfiri Corc Dik marağa səbəb olan “Təbrizin sehrli nağılları” kitabını 20 nəfərə hədiyyə edəcək.

AzerTimes xəbər verir ki, bu barədə səfir Tvitter hesabında paylaşım edib.

“Təbrizin sehrli nağılları” kitabını hədiyyə olaraq əldə etmək istəyərsinizmi? Kağıza “Mən Təbrizin sehrli nağıllarını sevirəm” yazın, bunu sosial media hesabınızda paylaşın və mənim adımı qeyd edin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcək”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, ötən həftə Corc Dikin sosial şəbəkədə “Təbrizin sehrli nağılları” adlı kitabla paylaşdığı foto İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi Tvitter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib.

Teqlər: