İsrail səfiri Azərbaycana təşəkkür etdi (FOTO)

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Avroviziya-2021” mahnı müsabiqəsində İsrailə 12 xal verdiyi üçün Azərbaycana təşəkkür edib.

Trend-in məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb.

O yazıb: “Avroviziya-2021″ müsabiqəsində Azərbaycan xalqı İsraillə dostluq münasibətini nümayiş etdirdi və bütün ölkələrdən daha çox, 12 xal verib. Biz buna görə çox məmnunuq! Təşəkkür edirik!”


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: