İsrail Rusiyanı İranın zərbələrini pisləməyə çağırdı

İsrail Rusiyanı İranın zərbələrini pisləməyə çağırdı

Rusiya İranın aprelin 14-nə keçən gecə İsrailə endirdiyi kütləvi zərbəni pisləməlidir.

AzerTimes xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Simona Qalperin deyib.

“Biz rusiyalı həmkarlarımızdan İranın İsrail ərazisinə misli görünməmiş hücumunu pisləyəcəklərini gözləyirik, həmçinin Rusiyanın İranın regionda sabitliyi pozmaq cəhdlərinə qarşı çıxacağına ümid edirik”, – səfir bildirib.

Teqlər: