İsrail Qəzzadakı girovlara dərman göndərəcək

İsrail Qəzzadakı girovlara dərman göndərəcək

İsrail hakimiyyəti Qətərin vasitəçiliyi ilə Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovlara dərman göndərilməsini razılaşdırıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

Bildirilib ki, bu, İsrailin sektora humanitar yardımının bir hissəsidir.

Qeyd edilib ki, dərmanlar yaxın bir neçə gün ərzində anklava çatdırılmalıdır.

Teqlər: