İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir

İsrail ordusuna məxsus təyyarələr Qəzza zolağında bir neçə şəhərə raket atmağa davam edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Fələstinin Saut Al-Aqsa radiostansiyası bildirib.

Məlumata əsasən, Deyr əl-Balah və Xan-Yunis kimi sahil anklavlarındakı şəhərlər hazırda raket hücumlarına məruz qalır. Zolağın şimalında Cebaliya şəhərində ən az üç roket partlayıb.