İsrail prezidentindən Ərdoğana təşəkkür…

İsrail prezidentindən Ərdoğana təşəkkür…

İsrail Prezidenti İshaq Hersoq və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir.

“Bu yaxınlarda İstanbulda İsrail vətəndaşlarına qarşı elan olunmuş terror aktı törətmək cəhdləri fonunda prezident İshaq Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Prezident Hersoq Türkiyə torpaqlarında terror fəaliyyətlərinin qarşısını almaq üçün göstərdiyi səylərə görə Ərdoğana təşəkkürünü bildirib”, – deyə bildirilib.

Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) MOSSAD-dan gələn kəşfiyyat məlumatları əsasında İranın Türkiyədəki İsrail vətəndaşlarını qaçırmaq planına mane olmuşdu.

Teqlər: