İsrail prezidenti Türkiyəyə səfər edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

İsrail prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə səfər
edəcək.

Trend-in
məlumatına görə, bu barədə TRT telekanalı bildirib.

Qeyd olunur ki, həmin səfərdən əvvəl Türkiyə prezidentinin
mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini
Sedat Önal İsrail və Fələstinə səfər edəcək.


Səfər çərçivəsində İsrail prezidentinin Türkiyəyə səfərinin
hazırlıqları müzakirə olunacaq.

Bundan başqa, İsrailin xarici işlər və energetika nazirlərinin
Türkiyədə Antalya Diplomatiya Forumuna qatılması
planlaşdırılır.