İsrail prezidenti Ərdoğanı Ramazan bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti
İshaq Hersoq arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat
xidməti bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı İsrail lideri
R.T.Ərdoğanı Ramazan bayramı münasibətilə təbrik edib.