İsrail polisi ilə toqquşmalarda 75 fələstinli xəsarət alıb

İordan çayının Qərb sahilində İsrail polisi ilə toqquşmalarda 75 fələstinli xəsarət alıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən bildiriblər.


Məlumata əsasən, onlardan 15 nəfəri rezin güllələrdən, 10 nəfəri odlu silahdan yaralanıb, 46 nəfəri gözyaşardıcı qazdan xəsarət alıb, 4 nəfəri isə yanıq xəsarətləri alıblar.