İsrail ordusuna yeni baş qərargah rəisi təyin edildi

İsrail ordusuna yeni baş qərargah rəisi təyin edildi

İsrail müdafiə naziri Benni Qantz Herzi Halevini Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərar bir neçə ay ərzində hərtərəfli qiymətləndirmədən sonra qəbul edilib.

Herzi Halevi buna qədər Ordunun Baş Qərargah rəisinin müavini vəzifəsini tuturdu.

Teqlər: