İsrail Suriyanın Əl-Küneytra vilayətində silahlı birləşmələrin mövqelərinə hücum edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Dubaydan yayımlanan Al Hadath telekanalı bildirib.
Məlumata əsasən, hücumda İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri iştirak edib. Onlar Suriya ordusunun tərəfində döyüşən “Hizbullah” dəstələrinin komandan məntəqəsinə zərbə endirib.
Döyüşçülərinin sıralarında ölən və ya yaralananlar barədə məlumat alınmayıb.