“Çelsi” futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

İngiltərənin “Çelsi” futbol klubu Çempionlar liqasının yarım finalının cavab matçında öz meydanında İspaniyanın “Real Madrid” komandasını qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun İngiltərə təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Bildirilib ki, qolları Timo Verner (28-ci dəqiqə) və Meyson Maunt (85) vurublar.


Qeyd edək ki, Madriddə baş tutan ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. London klubu finalda digər İngiltərə komandası – “Mançester Siti” ilə oynayacaq.

Teqlər: