İsrail ordusu hücuma hazırlaşır – Halevi

İsrail ordusu hücuma hazırlaşır – Halevi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin terrorçulardan təmizlənməsini başa çatdırır və artıq hücuma hazırlaşır.

AzerTimes xəbər verir ki, belə bir bəyanatla İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.

“Çətin başlanğıcdan sonra təmas xəttini formalaşdırırıq. Biz çoxlu terrorçu öldürmüşük – kim yaxınlaşsa öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazinin təmizlənməsini başa çatdırırıq və eyni zamanda artıq hücuma hazırlaşırıq.

Hələ qarşımızda çoxlu vəzifələr var, güclü olmalıyıq. Hər şey pis başladı və düşmən tərəfi üçün çox pis bitəcək”-deyə, o bildirib.

Teqlər: