İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib

Xəbər - Orxan Nəbiyev – Trend:

İsrail ordusu Qəzza zolağında Həmas hərəkatının istifadə etdiyi tunelə zərbələr endirib.

AzerTimes-ın məlumatına görə, zərbə Beyt-Hanun şəhərində yerləşən obyektə endirilib.

Bundan başqa, Qəzza zolağının şimalındakı Cəbaliyyə bölgəsində Həmasın raket qurğuları məhv edilib.


Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında başlayan münaqişə nəticəsində 260-dan çox şəxs həlak olub.