İsrailin koronavirusa qarşı mübarizə üzrə hökumət komissiyası “omikron” ştammının daha da yayılmasının qarşısını almaq üçün mövcud tədbirləri sərtləşdirməyə qərar verib.
AzerTimes-ın məlumatına görə, bu barədə komissiya iclasının nəticələrinə görə ölkənin baş naziri Naftali Bennetin mətbuat xidməti bildirib.
Məlumata əsasən, İsraildə, xüsusilə, ticarət mərkəzlərində ziyarətçilərin sayına məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bildirilib ki, ticarət mərkəzləri 15 kv.m sahəsində maksimum 1 nəfər olmaqla “bənövşəyi işarə” (Səhiyyə Nazirliyinin göstərişlərinə əməl edilməsi, xüsusilə qoruyucu maskaların taxılması və sosial məsafənin qorunması) qaydalarına uyğun fəaliyyət göstərəcək: “Sahəsi 100 kv.m-dən çox olan mağazaların girişi “yaşıl” vərəqənin təqdim edildikdə icazə veriləcək”.
Qeyd olunub ki, qərarlar Knessetin (parlament) Qanunvericilik Komissiyası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.