İsrail Livana hücuma hazırlaşır

İsrail Livana hücuma hazırlaşır

İsrail hərbçiləri şimal sərhədində hücum əməliyyatlarına hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu Livanla sərhəddə yerləşən Etzioni briqadasının şəxsi heyəti ilə görüşündə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Qəzzada hücum əməliyyatı tam gücü ilə davam edəcək. Məqsəd həm Qəzza zolağının yaxınlığındakı yaşayış məntəqələrinin təhlükəsizliyini bərpa etmək, həm də girovların sağ-salamat evlərinə qayıtmasıdır. Siz şimalda əməliyyatlarla bağlı əla iş görürsünüz və biz şimalda hücuma hazırlaşırıq”, – Halevi bildirib.

Teqlər: